ABŞ-ın qlobal investisiya bankı "JPMorgan"ın İcraçı direktoru Jamie Dimon, dolların məzənnəsi baxımından da mühüm göstərici olan ABŞ-ın 10 illik istiqraz faizlərinə dair proqnozlarını yeniləyib.
Daha əvvəl ABŞ-ın 10 illik istiqrazlarının faizinin 4-ü keçəcəyi barədə xəbərdarlıq edən Dimon, bu dəfə 5 faiz səviyyəsinin baş verəcəyini proqnozlaşdırıb.
"Faizlərin bu gün 4 faiz səviyyəsində olması lazım olduğunu düşünürəm" - deyən Dimon, "5 faiz və daha yüksək faizlərə hazırlaşmağınız yaxşı olar. Bu bir çox insanın düşündüyündən daha yüksək bir ehtimaldır" ifadələrini istifadə edib.
ABŞ-ın 10 illik istiqrazının faizi ötən həftə də bir neçə dəfə 3 faiz səviyyəsini qırmağa cəhd etsə də uğurlu olmadı. Dimon, mövcud "öküz" bazarının daha 2-3 il davam edəcəyini, çünki iqtisadiyyatın yaxşı getdiyini sözlərinə əlavə edib.
ABŞ-da faizlər üçün bu həftə əhəmiyyətli bir hadisə var. ABŞ 3, 10 və 30 illik istiqrazlarla bütövlükdə 78 milyard dollar borclanmaya gedəcək. Bu 2010-dan bu yana ən yüksək rüblük borc olacaq.
Qeyd edək ki, ABŞ-da istiqraz faizləri yüksələn zaman dollar da bahalaşır.
Marja.az