Dollar bahalaşacaq | Banco.az

Dollar bahalaşacaq

ABŞ-ın Federal Ehtiyat Sisteminin rəhbərliyi kəmiyyət yumşalmasının proqramının dayandırılmasını elan edib.

Açıq bazar üzrə Federal komitənin (Federal open market committee, FOMC) 2014-cü ilin 28-29 oktyabr tarixində keçən son iclaslarından birində kəmiyyət zəiflədilməsi (quantitative easing, QE3) proqramının üçüncü raundu çərçivəsində aktivlərin alınmasının dayandırılması qərarı qəbul edilib.

Beləliklə, 2014-cü ilin noyabr ayının 1-dən ABŞ 2008-ci ildə başlamış proqram çərçivəsində dövlət əsginazlarının almasını dayandırır.

Ən sərfəli kredit üçün müraciət et

Bu nəyə gətirib çıxaracaq?

“İqtisadi Təşəbbüslərə Dəstək” İctimai Birliyinin eksperti Samir Əliyev bu suala cavab verib:

“Federal rezerv sistemi keçən iclasda “dolların çap edilməsi” proqramının bağlanmasını qərara alıb. Dollar bahalaşacaq. Deməli, avro, qızıl və neft ucuzlaşacaq”.

Oxu.Az