Dollar alanların sayı rekord həddə çatdı (FOTO) | Banco.az

Dollar alanların sayı rekord həddə çatdı (FOTO)

Valyutadəyişmə məntəqələrində sıxlıq yaşanır.

Dekabr ayının 21-də Milli Bankın üzən məzənnəyə keçməsi və dolların kursunun 1.55 manat müəyyən edilməsi insanlar arasında pullarının kütləvi olaraq ABŞ valyutasınadəyişdirilməsinə başlandı. 

Bunu məntəqələrdə yaranan izdihamlardan da görmək mümkün idi. Ötən gün isə mübadilə məntəqələrinin həftə sonu olmasıyla əlaqədar olaraq bağlı olması bəzi işbazları fəaliyyətə keçirdi. Nəticədə dollar vətəndaşlara hətta 2 manatdan satılmağa başladı. İnsanlar arasında dolların bazar ertəsi 2 manata qədər yüksələcəyi ilə bağlı yayılan məlumatlar isə bu gün özünü doğrultmadı.


Mübadilə məntəqələri bu gün


ANS PRESS-in məlumatına görə, bu gün ölkənin əsas bankının dolların məzənnəsini 1.5561 AZN müəyyən etməsi insanlar arasında müəyyən qədər də olsa bu həyəcanı aradan qaldırdı. Lakin buna baxmayaraq hazırda paytaxtda yerləşən valyuta mübadilə məntəqələrində ciddi xarici valyuta alışı həyata keçirilir. Demək olar ki, bütün puldəyişmə məntəqələrində insan sıxlığı yaşanır. 

Mübadilə məntəqəsinin işçisi Sənan Məmmədli bildirdi ki, bazar günü iş başında olmamaları və "qara bazar"da insanlara dolların 2 manatdan təklif edilməsi vətəndaşların bu gün bu valyutaya marağını daha da artırıb: 

"Hazırda 28 May metrostansiyası yaxınlığındakı məntəqələrin hamısında insanlar dollar alırlar. Bu gün isə maraq daha çoxdur. Səhərdən bu gün nə qədər xarici valyuta satdığımızı hesablamağa imkanımız olmayıb. Ancaq alıcılıq qabiliyyəti həddindən artıqdır".


Mübadilə məntəqələri bu gün

Alıcılar isə xarici valyutaya olan maraqlarını manatın ucuzlaşması ilə əsaslandırırlar. Şəhər sakini Müşfiq İsmayılov deyir ki, dünən ona bildiriblər ki, dekbarın 28-dən bir dollar iki manata təklif ediləcək: "Hər gün dolların yüksəldiyini görürük. Düşünürəm ki, artıq manatla pul saxlamaq riskdir. Ona görə də, əlimdə 800 manat pul vardı, onu dollara çevirdim. Gələn aylarda da maaşımı çevirib dollarla saxlayacam".

Düzdür, insanlar arasında ABŞ valyutasının 2 manata qədər yüksələcəyi barədə yayılan şaiyələr Mərkəzi bank tərəfindən darmadığın edildi. Ancaq görünən odur ki, insanlar arasında hələ də bu valyutaya olan tələbat kifayət qədər çoxdur. Əsas bankın üzərinə düşən isə puldəyişmə məntəqələrini lazımı qədər xarici valyuta ilə təmin etməkdir. Belə olan halda, insanlar "qara bazar"a üz tutmaz, həmin bazardakı insanlar isə pul dəyişənlərin üzünü qaralda bilməz.

Hazırda mübadilə məntəqələrində yüz dollar 158.7 manatdan alınır, 159.5 manatdan satılır. 




Mübadilə məntəqələri bu gün

Dekabr ayının 21-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bunun nəticəsində manat 47% devalvasiya edib.


Dolların qalxdığı dövrdə pulunu dollara çevirən vətəndaşlar

Ən sərfəli kredit üçün müraciət et

Bankın açıqladığı rəsmi məzənnələrdə bunu açıq-aydın görmək olur. Belə ki, rəsmi məzənnə bülletenindən görünür ki, dollar həftəyə kəskin bahalaşma ilə - başlayıb. Bu gün 1 dollar 1.5561 manatdır. Hazırda rus rublunun məzənnəsi 1 manat 0.0221-AZN-dir.

Ən sərfəli krediti almaq üçün müraciət et