Dollar 8 aylıq maksimuma yaxınlaşır | Banco.az

Dollar 8 aylıq maksimuma yaxınlaşır

Dolların əsas valyutalar səbətinə qarşı məzənnəsi 8 aylıq maksimumu yeniləyib. "APA-Economics" xəbər verir ki, buna səbəb ilin sonunadək Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsinin qaldırılması ilə bağlı ehtimalların artmasıdır.

Dolların indeksi 0,1% möhkəmlənərək 98,718 səviyyəsinə çatıb ki, bu da cari ilin fevral ayının 3-də qeydə alınan 98,846-ya çox yaxındır.

Ötən cümə günü San-Fransisko Federal Ehtiyat Bankının prezidenti Con Uilyams deyib ki, bu il pul-kredit siyasətinin sərtləşdirilməsi baxımından münasib vaxtdır. Onun fikri ilə FED rəhbərinin müavini Stenli Fişer və Nyu-York Federal Ehtiyat Bankının prezidenti Uilyam Dadli də razılaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bazar iştirakçıları arasında aparılan son sorğuya əsasən, dekabrda uçot dərəcəsinin artırılması ehtimalı 70%-ə yüksəlib.

Rəy sorğusuna əsasən ABŞ prezidentliyinə namizəd Hillari Klintonun opponenti Donald Trampı xeyli üstələməsi də dolların bahalaşmasına səbəb olub. Prezident seçkiləri noyabrın 8-dədir.

Mənbə: APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et