Çin Yuanı on ilin ən zəif səviyyəsinə yaxınlaşır. Çin Mərkəzi Bankının (PBOC) iqtisadi artımı dəstəkləmək üçün Yuanın ucuzlaşmasına yol verdiyinə dair siqnalların təsiri ilə Dollar 7 yuan səviyyəsinə yaxınlaşıb.
Yuan Dollar qarşısında 0.22 faiz də ucuzlaşıb. Dollar/Yuan məzənnəsi 6.9447 ilə 2016-cı ilin sonundan (6.9666) bəri ən zəif səviyyəsini görüb.
Yuan, Çin Mərkəzi Bankının (PBOC) məcburi ehtiyat normasını bu il dördüncü dəfə aşağı salmasından sonra yenidən təzyiq altındadır. Çin ilə ABŞ xəzinə istiqrazları arasındakı faiz fərqinin 2011-ci ilin Aprel ayından bəri ən aşağı səviyyəsində qalması da Yuan üzərindəki təzyiqi artırır.
"ING Group NV"nin Çin iqtisadçısı İris Pang, "Böyük ehtimalla Dollar 7 yuanı keçəcəkdir; Dollar çox güclü görünür və PBOC də Yuanın qarşısını almaq üçün tələsmir. PBOC, bu səviyyəyə gəlmədən müdaxilə etməyə bilər. Zəiflik əsas göstəricilər tərəfindən dəstəkləndiyi müddətcə valyuta ehtiyatlarını əritmək yersizdir",- deyib.
Bu həftə Bloomberg Dollar Spot İndeksi 0.8 faiz yüksəlib.