Dollar/Türk Lirəsi (TL) məzənnəsi dünən gecə (saat 00:30-da) 5,4222 Türk lirəsi səviyyəsini görüb. Bu tarixi rekorddur. Avro/Türk Lirəsi məzənnəsi isə 6.1917 səviyyəsini görərək rekord yeniləyib.
ABŞ-Türkiyə arasında ilkin razılaşmanın təmin olunduğu xəbəri yayılandan sonra dollar 5,29 TL, Avro isə 6,12 TL səviyyələrinə geriləyib.
Diplomatik mənbələrdən alınan məlumata görə, ABŞ və Türkiyə arasında ilkin razılaşma əldə olunub. 2 gün ərzində ABŞ-a Türkiyədən nümayəndə heyəti gedəcək.
Ağ Ev -in sözçüsü Sarah Sanders, rahib Endryu Brunson böhranı səbəbi ilə Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə sanksiya tətbiq edildiyini açıqlamışdı. Sanksiyaya səbəb olaraq "iki nazirin Brunsonun həbs olunmasındakı rolları" göstərilmişdi.