Hazırlanan peyvəndlərin koronavirusa qarşı təsirli olduğunu göstərən araşdırmaların ardından, qlobal bazarlarda, peyvəndin tətbiqinin yayılmasının sərmayəçiləri dollardan daha da uzaqlaşdıra biləcəyi şərhləri edilir.
Qlobal maliyyə xidmətləri şirkəti Citi-nin strateqlərinə görə, peyvəndlərin geniş miqyasda istifadəsinin təmin edilməsi vəziyyətində dollar mühüm valyutalar qarşısında 2021-ci ildə 20%-ə qədər ucuzlaşa bilər.
Strateqlər peyvəndin yayılması vəziyyətində dolların bir ildən çox davam edən 2000-ci illərin ortalarındakına bənzər bir ucuzlaşma yaşayacağı qənaətindədirlər.
Citi-yə görə, peyvənd ilə bərabər, Fed-in aşağı faizləri saxlaması və dünya ölkələrində daha sürətli iqtisadi artımlar dolların dəyərini azaldacaq digər faktorlar olacaqdır.
Bloomberg Dollar İndeksi mart ayındakı ən yüksək səviyyəsindən təxminən 11% azalma qeyd etmiş vəziyyətdədir.
Pfizer-Biontech-in ardından Moderna-nın peyvəndinin nəticəsi risk iştahını artırıb.
Pfizer və Biontech şirkətlərinin hazırladıqları peyvəndin 90% təsirli olduğu xəbərinin ardından, Moderna şirkəti hazırladığı peyvəndin 94,5% təsirli olduğunu açıqlayıb. Bu, bazarlardakı risk iştahını artırıb, "etibarlı limanlara" tələbi azaldıb.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!