"Dollar 2 ildə 30 faiz dəyər itirə bilər" | Banco.az

"Dollar 2 ildə 30 faiz dəyər itirə bilər"

Məşhur hedc fondu rəhbəri Ray Dalio, Dolların iki il ərzində 30 faiz dəyər itirəcəyini təxmin edir. "DoubleLine Capital" şirkətinin direktoru Jeffrey Gundlach isə Dolların il sonuna qədər ucuzlaşacağını gözləyir.

Maliyyə dünyasının iki böyük adı, ABŞ dollarının son dövrdəki yüksəlişindən sonra bəzi mühüm maneələrlə qarşı-qarşıya qalacağını proqnozlaşdırır.

"Bridgewater Associates"da dünyanın ən böyük hedc fondunu quran Ray Dalio, Dolların iki il ərzində bir "böhran" ilə qarşı-qarşıya qalacağını və 30%-ə qədər dəyər itirəcəyini bildirib.

"DoubleLine Capital"ın icraçı direktoru Jeffrey Gundlach isə il sonuna qədər Dolların ucuzlaşacağını gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

Gundlach, "Dollarda əvvəl aşağı səviyyələr görmədən yeni "zirvələr" görəcəyimizi düşünmürəm",- deyib.

"Bloomberg"in dollar indeksi, Aprelin ortasında gördüyü aşağı səviyyələrindən 5 faiz yüksəlib. Dolların bahalaşmasına ABŞ-dakı güclü iqtisadi inkişaf, Fed-in faiz artırması və qlobal ticarət gərginliyinin artması ilə "etibarlı valyutalara qaçış" meyli səbəb olub. 

Ötən il Dollar İndeksi  8% geriləmişdi.   

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et