Doğulduğu kənddə hər kəsə iki milyon dollar vəsiyyət etdi- “Corona” pivələrinin sahibinin uğur hekayəsi | Banco.az

Doğulduğu kənddə hər kəsə iki milyon dollar vəsiyyət etdi- “Corona” pivələrinin sahibinin uğur hekayəsi

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Corona pivələrinin sahibi ispaniyalı milyarder Antonio Fernandez Rodriguezin həyat hekayəsi bu gün məqsədi olan hər kəs üçün örnək sayıla bilər.

Banco.az ispaniyalı milyarderin uğur hekayəsini təqdim edir:

İspaniyanın Leon şəhərindəki Cerezales del Kondado kəndində anadan olan Fernandez kasıb ailədə böyüyüb. 14 yaşında imkansızlıq səbəbindən təhsilini yarıda qoyan Antonio pivə zavodunda fəhlə kimi işləməyə başlayır.

Don Pablo Diezə məxsus “Grupo Modelo” şirkətində pivə hazırlamağın bütün detallarını öyrənən Fernandes təhsil ala bilməsə də işinin sirrlərini  yüksək səviyyədə mənimsəmişdi.

Fernandez 50-ci illərdə zavodda  yeni məzun olmuş mühəndisləri işə götürərək və onlara pivə bişirməyi öyrədirdi. Zaman keçdikcə “Grupo Modelo” ölkədəki pivə monopoliyasını almanlardan ala bildi.

1958-ci ilə qədər Fernandez şirkətin ölkədə üçüncü fabrikinin yaradılmasına cavabdeh idi.

Onlar istehsal etdikləri “Corona” markalı pivəni Meksikada ən məşhur pivəyə çevirməklə böyük uğur əldə ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, Fernandez “Nueva Fábrica Nacional de Vidrio”, C”ebadas y Maltas”, “Inamex de Cerveza y Malta,” “Compañía Cervecera del Trópico” və “Industria Vidriera del Potos”i kimi bir çox başqa şirkətlər də quraraq, bir çox yoxsul insanları işlə təmin edib.

98 yaşında vəfat edən  Fernandez, sərvətini doğulub boya-başa çatdığı kəndin sakinləri arasında bölüşdürüb.Təqribən hər adama iki milyon dollar vəsiyyət edən Fernandezin bu addımından sonra kənd sakinləri “heç vaxt bu qədər pulumuz olmamışdı, Antonio olmasaydı nə edərdik, bilmirik”,- deyə açıqlamalar veriblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram