Dizayn Akademiyası Adobe ilə müqavilə imzaladı | Banco.az

Dizayn Akademiyası Adobe ilə müqavilə imzaladı

ABŞ-ın nüfuzlu Adobe, Microsoft və Autodesk şirkətləri beynəlxalq təhsil modeli ilə seçilən Bakı Dizayn Akademiyası ilə əməkdaşlığa başladı.

Dizayn tədrisi ilə məşğul olan Dizayn Akademiyası bu müqavilə ilə azərbaycanda dizayn sektorunun inkişafına təkan verməklə yanaşı, həm də yerli dizaynerlər üçün beynəlxalq imkanlar yaradacaq.

Akademiya həm də bu şirkətlərin azərbaycandakı rəsmi imtahan və sertifikasiya mərkəzi kimi də fəaliyyət göstərəcək.

Ən sərfəli kredit üçün müraciət et

Belə ki, artıq dizaynerlərlə yanaşı, IT mütəxəssislər, proqramçı-mühəndislər, layihə menecerləri kimi yerli mütəxəssislərimiz beynəlxalq imtahanları ölkəmizdə test mərkəzlərində vermək imkanı olacaq.

Qeyd edək ki, Bakı Dizayn Akademiyası gələcəyin aparıcı sahələri olan UX/UI, qrafik dizayn, interyer və animasiya dizaynının ölkəmizdə beynəlxalq səviyyədə tədrisi ilə məşğuldur. Bu günə qədər Akademiya, ölkənin qabaqcıl şirkətlərində dizayn mütəxəssisləri kimi çalışan 100-dən çox məzun vermişdir.

Ən sərfəli krediti almaq üçün müraciət et