"Disney" şirkəti "Netflix"in taxtını ələ keçirdi | Banco.az

"Disney" şirkəti "Netflix"in taxtını ələ keçirdi

Tamara Mustafayeva, Banco.az

Rəqəmsal platformalar arasında liderlik yarışı qızışır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Disney" şirkəti tərkibindəki "Hulu" və "ESPN+" platformaları ilə birlikdə ümumilikdə 221 milyon abunəçi sayına çatmaqla "Netflix"i taxtdan endirib. Şirkət qiymətləri artıracağını da açıqlayıb.

Mərkəzi Kaliforniyada yerləşən yerləşən ABŞ-ın transmilli əyləncə və media yayımları şirkəti "Walt Disney Company", yəni qısaca "Disney"in üçüncü rübdə satışları və mənfəəti proqnozları üstələyib. İyulun 3-də başa çatan maliyyə ilinin üçüncü rübündə şirkətin ümumi satışları 26 faiz artaraq 21,5 milyard dollara çatıb.

"Disney"in yayım platformalarının ümumi abunəçi sayı 221 milyona çatmaqla 220 milyon abunəçisi olan "Netflix"i qabaqlayıb. Təkcə "Disney+"ın abunəçiləri bu rübdə 14,4 milyon artaraq 9,8 milyon olan proqnozları üstələyib. 

Ən sərfəli kredit üçün müraciət et

Şirkət həmçinin dekabr ayında reklamsız abunəliyin qiymətini 38 faiz artıraraq 11 dollara çatdıracağını açıqlayıb.

Qeyd edək ki, balans hesabatından sonra "Disney" şirkətinin səhmləri 7,1 faiz artım göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et