"Disney" şirkəti 7 min əməkdaşını işdən çıxarır | Banco.az

"Disney" şirkəti 7 min əməkdaşını işdən çıxarır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Noyabr ayında ikinci dəfə CEO olaraq “Disney”ə qayıdan Bob İgerin ilk işi işçi qüvvəsini azaltmaq olub.

Banco.az xəbər verir ki, “Amazon”dan “Google”a, “Meta”dan “Microsoft”a qədər onlarla nəhəng şirkətin işçi ixtisarı karvanına bu dəfə də “Disney” qoşulub. 

Belə ki, Amerika əyləncə sənayesində dünyanın ən böyük media şirkətlərindən biri kimi tanınan “Disney” qlobal işçi qüvvəsinin təxminən 3 faizini ixtisar etməyə hazırlaşır.

Şirkətin CEO-su Bob İger üç mərhələli işçi qüvvəsi ixtisarının birincisi olan bu həftədən etibarən işdən çıxarmağa başlayacaqlarını açıqlayıb.

Qeyd edək ki, “Disney”in qlobal işçi qüvvəsinin ixtisarı media sənayesinin qarışıqlıq içində olduğu bir vaxtda şirkətin fəaliyyətini tənzimləmək məqsədi daşıyan çoxmilyardlarla dollarlıq xərclərin azaldılması səylərinin bir hissəsidir. Şirkət xərcləri azaltmaq üçün yayın əvvəlinə qədər ümumilikdə 7000 əməkdaşını işdən çıxaracaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et