Əgər savadınıza və şəxsi keyfiyyətlərinizə əminsinizsə, o zaman -ın işçi komandası Sizi öz sıralarına dəvət edir.
Sistem analitiki
Tələblər:
• Ali təhsil (texniki sahə üzrə olması arzu olunandır)
• İT sahəsində 1 ildən çox iş təcrübəsi
• Azərbaycan və Rus dillərini bilməli
• İngilis dili (danışıq bacarığı, oxuma və texniki sənədlərin tərcüməsi )
• Sistematik analiz üzrə baza bilikləri
• Analitik düşüncə bacarığı
• Sistematik düşüncə
• Fikirləri dəqiq və aydın izah etmə bacarığı
• Digər insanlar ilə əlaqə və ünsiyyət qurma və inkişaf etmə bacarığı
• Əsas bilik və Windows əməliyyat sistemləri ilə işləmək bacarığı
• PC və tətbiqi proqramlar bilikləri
Vəzifə öhdəlikləri:
• Funksional tələblər və biznes proseslərin məntiq modelinin layihələndirilməsinin təsvir edilməsi
• Biznes analizi departamentindən və onunla əlaqədar olan filiallardan alınmış tapşırıqların analizi
• Alınmış funksional xüsusiyyətlərə görə sistemdə dəyişikliklərin edilməsi
• Verilmiş tapşiriqlara müvafiq olaraq əvvəlcədən yazılmış test skriptlər ilə testin keçirilməsi
• Edilən dəyişikliklərin və test nəticələrinin sənədləşdirilməsi
• Mühüm gorüşlərin protokollarının aparılması və verilmiş tapşırıqların qeyd olunması
• Təhlükəsizlik qaydaları haqda biliklər və onlara riayət etmək
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] (Sabina Qulamzadə) elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Aparıcı sistem analitiki
Tələblər:
• Ali təhsil( texniki ixtisas üzrə olması arzu olunandır)
• İT sahəsində 3 ildən az olmayan iş təcrübəsi
• Azərbaycan və Rus dillərini bilməli
• İngilis dili ( danışıq bacarığı, texniki sənədlərin oxunması və tərcüməsi)
• Bankın əsas fəaliyyət istiqamətlərini və bank məhsullarını bilməli
• Funksional modelləşmə metodologiyasını bilməli
• Fikirlərini aydın və düzgün izah etmə bacarığı
• Ünsiyyət zamanı inandırma bacarığı
• Analiz etmə bacarığı
• Fərqli mənbələrdən gələn informasiya ilə düzgün işləmə
• Sistematik düşünmə
• Çoxfunksional mühitdə işləmə bacarığı
• Bankın İT infrastrukturunda istifadə olunan texnologiyalar üzrə beynəlxalq sertifikatın olması (başlanğıc səviyyəsi)
Vəzifə öhdəlikləri:
• Funksional tələblər və biznes proseslərin məntiq modelinin layihələndirilməsinin təsvir edilməsi
• Biznes analizi departamentindən və onunla əlaqədar olan filiallardan alınmış tapşırıqların analizi
• Funksional fəaliyyət modelinin qurulması
• Alınmış funksional xüsusiyyətlərə gorə sistemdə dəyişikliklərin edilməsi
• Funksional xüsusiyyətləri və onlar üçün test skriptlərin yazılması
• BSR-da icraya cavabdeh olan başlıqların yazılması
• Verilmiş tapşırıqlara müvafiq olaraq testin keçirilməsi
• Test mühitinin üzərində nəzarətin saxlanması
• Edilən dəyişikliklərin və test nəticələrinin sənədləşdirilməsi
• Analitiklər tərəfindən keçirilən testin bütövlüyünə və nəticələrinə nəzarət edilməsi
• Əldə edilmiş məlumatların əsasında analitik nəticələrin təmin olunması
• Təhlükəsizlik qaydaları haqda biliklər və onlara riayət etmək
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] (Sabina Qulamzadə) elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Proqramçı
Tələblər:
• Texniki ali təhsil ( İT sferasında təhsil arzu olunandır)
• 1 ildən az olmayan inkişaf üzrə iş təcrübəsi, və ya uğurla reallaşmış layihənin mövcudluğu
• Bank sektorunda iş təcrübəsi arzu olunandır
• JAVA, C, C++,C#,VISUAL PASCAL proqramlaşdırma dillərindən birini bilməli
• Yüksək səviyyədə rus dili bilikləri
• Texniki ingilis dili bilikləri(minimum texniki sənədləşməni oxuma bacarığı)
• Veb-proqramlaşdırma üzrə biliklər, Veb-proqramlaşdırma üzrə təcrübə
• Analitik təfəkkür
• Alqoritmik düşüncə tərzi
• Özgə kodu anlama bacarığı
• Effektiv, yaxşı strukturalaşdırılmış kodun yazılması bacarığı
• Öyrənmə qabiliyyəti
• Icraedicilik
• Məsuliyyət
• Çalışqanlıq
Vəzifə öhdəlikləri:
• Bankın istifadə etdiyi və ya istifadə etməyi planlaşdırdığı yeni dillərin və proqramlaşdırma texnologiyalarının öyrənilməsi
• Bankda qəbul olunmuş inkişaf metodologiyasının istifadə edilməsi
• Proqram sənədləşməsinin yaradılması və müşayiəti
• Test zamanı müəyyən olunmuş səhvlərin düzəldilməsi
• Məlumat emalı prosesində müxtəlif əməliyyatların yerinə yetirilməsi
• Müvafiq proqram və avadanlıq vasitələri, məlumat bazaları və proqramlaşdırma texnologiyaları ilə kodun yazılması və proqramların sazlanması
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) qeyd olunmuş mail ünvanına [email protected] (Səbinə Qulamzadə) göndərin.
Mövzuda - Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.