Diller və onun xidmətləri | Banco.az

Diller və onun xidmətləri

Dillerlər firma və ya individual şəxs olaraq fəaliyyət göstərən, öz adından və ya müştəri adından qiymətli kağızların alqı-satqısını həyata keçirən subyektlərdir.

Qiymətli kağızlar bazarının əsas vasitəçilərindən biri hesab olunurlar.Brokerdən fərqli olaraq dillerlər öz hesablarına da fəaliyyət göstərirlər.

Dillerlər müştərilərə əsasən, 2 növ xidmət  göstərirlər:

  1. Məsləhət xarakterli xidmət . Bu cür xidmətlərə maliyyə planlaşdırılması və investisiya etmək haqqında müştərilərə verilən tövsiyyələr daxildir. Belə məsləhətlər müştərilərin ehtiyacları və məqsədləri çərçivəsində həyata keçirilir.
  2. Müştərinin adından və onun əvəzinə fəaliyyət. Bu zaman dillerlər müştərinin əvəzinə və onun hesabına qərarlar verir. Qiymətli kağızların satılması və ya alınması, müqavilənin bağlanması, müqafilənin icrası və s. bura daxildir.

 Dillerlər müştərilərə göstərdikləri xidmətə görə müəyyən haqq alırlar.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et