DGK malların rüsumsuz gətirilməsi limitinin azaldılması barədə məlumatları şərh edib | Banco.az

DGK malların rüsumsuz gətirilməsi limitinin azaldılması barədə məlumatları şərh edib

Dövlət Gömrük Komitəsi (DGK) bir sıra KİV-lərdə fiziki şəxslər üçün malların rüsumsuz gətirilməsi limitinin 300 dollardan 100 dollaradək azaldılması barədə yer alan məlumatı şərh edib.

DGK-dən bildiriblər ki, bu cür qərarların qəbulu Nazirlər Kabinetinin səlahiyyətindədir.

"Dövlət Gömrük Komitəsi icraedici strukturdur. KİV-lərdə yayılan bu məlumat həqiqətə uyğun deyil", - deyə komitədən bildiriblər.

Qeyd edək ki, 2020-ci ildən bir fiziki şəxsin adına gətirilən 300 dollardan çox olmayan mallara rüsum tətbiq olunmur.

Əvvəllər bu rəqəm 1000 dollara bərabər idi.

trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et