DGK bəzi gömrük dərəcələrinin aşağı salınması ilə bağlı hökumətə müraciət edib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

DGK bəzi gömrük dərəcələrinin aşağı salınması ilə bağlı hökumətə müraciət edib

"Gömrük dərəcələrinin aşağı salınması aktual məsələlərdən biridir. Üçpilləli sistemə keçidlə bağlı təkliflər var. Müxtəlif nazirliklər kimi, biz də bu təklifləri hazırlayıb hökumətə təklif etmişik. Son qərarı hökumət verəcək".

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, ölkəyə idxal olunan xammala tətbiq olunan rüsumlara güzəştlər tətbiq olunan bilər: "Bu xammal ölkə daxilində istehsalın artırılması üçün lazımdır. Buna görə, bu məsələyə baxıla bilər, müəyyən güzəştlər tətbiq oluna bilər".

DGK sədri əlavə edib ki, bəzi aksiz dərəcələrinin artımı də nəzərdən keçirilir, lakin bu, böyük miqdarda olmayacaq: "Aksiz dərəcələrinin artırılması spesifik mallara şamil olunur. Bu isə dəfələrlə ölçülüb-biçilir. Böyük miqdarda aksiz dərəcələrinin artımı nəzərdə tutulmur".

Mənbə: Apa.az