Dəyişiklik etməkdən qorxmayın, çünki o, sizi yeni başlanğıca aparır | Banco.az

Dəyişiklik etməkdən qorxmayın, çünki o, sizi yeni başlanğıca aparır

Dəyişiklik etməkdən qorxmayın, çünki o, sizi yeni başlanğıca aparır. Joyce Meyer

Başqaları bizə nə deyər, rahatlığımız pozular, birdən alınmaz v.s bu kimi fikirlər daim həyatımızda etmək istədiyimiz dəyişikliyin önünü kəsər və bizi fərqli addım atmaqdan çəkindirər.

Nüsrət Xəlilovun növbəti məqaləsini təqdim edirik.

Həyatımızın hər hansı mərhələsində istər şəxsi həyatda, istərsə də karyera həyatında müəyyən dəyişiliklər fikrimizdən keçsə də, onu həyatımıza tətbiq etməkdən əksər hallarda çəkinirik. Buna istər geyimimizdə, istər saç düzümümüzdə, istərsə də iş həyatımızda planlaşdırdığımız dəyişiklikləri aid etmək olar.

Bəs, bunun səbəbi nədir? 

Müəyyən bir dəyişikliyi etməkdən bizi çəkindirən ilk şey “komfort zonanın tərk edilməsi” dir. “Komfort zona” insanın gündəlik vərdiş olduğu davranış və fəaliyyətlərdən ibarətdir. Komfort zona bizi rahatladır və inkişafımız önündə əngəl rolunu oynayır. Dəyişiklik etmək, yəni komfort zonanı tərk edərkən inkişafımıza fürsət yaratmış olarıq. Komfort zona – iş həyatında fərdin öhdəliyində olan, vərdiş və adət etdiyi davranış və fəaliyyətlərdir. Verilən tapşırıqlar dan əlavə hər hansı bir iş görmək, risk altına girmək və ya hər hansı bir təşəbbüs göstərmək komfort zonanın tərk edilməsi, yə’ni inkişafın ve uğurun sirridir.

Həyatınızda heç vaxt sahib olmadığınız nəyəsə sahib olmaq istəyirsinizsə, siz heç vaxt etmədiyiniz nəyisə etməlisiniz. JD Houston

Çalışdığımız işdə artıq özümüzə uyğun şərait qurmuşuq, iş yoldaşları və rəhbərlərə münasibətlər normaldır və aldığımız məvacib də qənaətbəxşdirsə, biz məcbur qalmadığımız müddətdə yeni bir işə başlamaqdan çəkinirik. Çünki hər hansı bir işə başlayarkən yeni işdə özümüzə komfort zonanın yaradılması müəyyən qədər vaxt çəkəcək. Bir işçi düşünün, uzun illərdir eyni təşkilatda çalışır, işin bütün incəliklərini bilir və kifayət qədər söz sahibidir. Əlbəttəki o işçi, iş yerini dəyişərkən müəyyən müddət adət etdiyi komfortlardan uzaq olacaq. İlk öncə yeni iş yerində işin öyrənilməsi və ordakı korporativ mühit onu illərdir adət etdiyi komfortdan uzaq salacaq. Ona görə də, insanlar da əksər vaxt məcbur qalmadıqları müddətdə komfort zonanın tərk edilməsindən narahat olarlar. Bu isə bizi daim inkişafdan geri salar. Odur ki, karyeranızda daim düşünülmüş risklər etməkdən çəkinməyin.

Ən sərfəli kredit üçün müraciət et

Həyat, sizin komfort zonanınızın sonunda başlayır. Əgər indi komfort zonanızı tərk etmisinizsə, bunu bilin ki, həyatınızdakı dəyişiklik başlanğıcdır, son deyil. Neale Donald Walsch

Komfort zonanı iki sadə nümunə üzərində nəzərdən keçirək.

Bir işçi düşünün, hansi ki, səhər işə gedir, iş vaxtı onun öhdəliyində olan vəzifələri yarı və ya tam icra edir, axşam eve gəlir ve hər gün bu kimi standart vərdiş olduğu davranış və fəaliyyətləri sərgiləyir onların kənarına çıxmır.

Bu vəziyyətdə hansısa inkisaf və xoşbəxtlikdən söhbət gedə bilərmi?

Digər bir işçi düşünək.

Hansi ki, iş vaxtında oz işinin öhdəsindən məsuliyyətlə gəlir, əlavə nələrisə öz üzərinə götürür, işdən sonra özünü inkisaf etdirmək üçün hansısa bir kursa gedir, idman zalına gedir və.s bu kimi standart olmayan fəaliyyətləri vərdiş halına gətirərək komfort zonasını tərk edir ve inkişafının təməlini qoyur. Əsl inkişaf da elə bu zaman baslayar.

Komplekslər də arzuladığımız dəyişiklikləri həyatımıza tətbiq etməkdən bizi çəkindirən vasitələrdəndir. Kompleksli insanlar vərdiş olduqları standart həyat tərzlərinə hər hansı bir xırda dəyişiklik etdikləri zaman qınaq obyektinə çevriləcəklərindən narahat olar və ona görə hər hansı dəyişikliyi həyatlarına tətbiq etməkdən daim çəkinirlər. Komplekslər insanın şəxsi həyatına mənfi təsir etdiyi kimi eyni zamanda iş həyatına da mənfi təsir göstərər və şəxsin karyera inkişafının önündə baryer rolunu oynayar.

Texnologiyanın sürətli inkişaf etdiyi dövrümüzdə daim həyatınızı dəyişdirməyə, həyatın axışına uyğunlaşdırmağa çalışın. Bu inkişafdan geri qalsanız qısa müddət sonra bunun fəsadlarını həyatınızın hər mərhələsində yaşayacaqsınız.

Dəyişiklikləri həyatınıza məcbur qaldıqca deyil, dəyişikliklərin təşəbbüskarı siz olun. Komfort zonanızı tərk edərək və komplekslərinizə qalib gələrək dəyişiklikləri həyatınıza tətbiq edin və karyera və şəxsi inkişafınızın təməlini qoyun. Bu gün komfort zonasında yaşamaq, gələcəkdə qarşılaşacağınız böyük itkilərdən xəbər verir. Ona görə də bügünkü müvəqqəti rahatlığınızı pozaraq gələcəyinizin sağlam təməlini qoyun.

Moneta.az

Ən sərfəli krediti almaq üçün müraciət et