NBCBank ASC “Əmanət seyflərinin icarəsi” xidmətini təklif edir. Siz öz sənədlərinizi və digər əşya və qiymətlilərinizi rahat şəkildə Bizə etibar edə bilərsiniz. Müxtəlif ölçülü seyflərimiz tam təhlükəsizlik şəraitində qorunur və yalnız iki tərəfin eyni zamanda iştirakı ilə iki açarla açılır. Açarlardan biri müştəridə, digəri isə Banda saxlanılır.
17 dekabr 1992-ci ildə yaradılan “Ruzu” SKB Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Səhmdar Kommersiya Bankı kimi 25 saylı sənədlə qeydiyyatdan keçmiş və 30 dekabr 1992-ci il tarixindən 112 saylı lisenziyaya əsasən müvafiq bank əməliyyatlarını həyata keçirmişdir.
17 yanvar 2002-ci il tarixindən adında dəyişiklik edilərək “NBCBank” KB kimi bank sektorunda fəaliyyəti davam etdirilmişdir.
“NBCBank” ASC - EBRD (Avropa Yenidənqurma və İnkişaf Bankı), İFC, ADB (Asiya İnkişaf Bankı), İCD (İslam İnkişaf Korporasiyası), DWM (Amerika),Societe Generale, Oikokredit (Hollandiya), USAİD, BankWorld , HVB Bank, Raiffeisen Bank, Austria Creditanstalt Bank, Aizkraukles Bank, VTB Bank, Akbank kimi müxtəlif aparıcı xarici bank və maliyyə institutları ilə əməkdaşlıq edir.