Daha bir bank 1-ci rübü mənfəətlə başa vurdu
Azərbaycan Kredit Bankı cari ilin birinci rübünə olan maliyyə göstəricilərini açıqlayıb. Banco.az portalı bankın maliyyə hesabatlarına istinadən bildirir ki, Bank 2015-ci ilin birinci rübündə 4 603.16 min manat xalis mənfəət əldə edib.
Maraqlıdır ki, ilin əvvəlindən bəri Bankın faiz gəlirlərinin həcmi 1 261.49 min manat olduğu halda, qeyri faiz gəlirlərinin 2 433.79 min manat olub. Mövcud gəlirlər Bankın xarici valyutada olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranıb ki, onun da miqdarı 2 383.19 min manat təşkil edib.
Bankın qeyri faiz xərcləri isə cəmi 225.12 min manat təşkil edib və onlardan 118.53 mini əməkhaqqı və kompensasiya ödənişlərinə yönəlib.
Beləliklə Bankın əməliyyat mənfəəti 3 394.51 min manat təşkil edib. 1 208.65 min manat isə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalardan geri qaytarılıb və beləliklə bankın vergilər ödənilənədək xalis mənfəəti 4 603.16 min manat təşkil edib.
Bankın balans göstəriciləri ilə bağlı əsas rəqəmlər ilə aşağıda tanış ola bilərsiniz.