Devalvasiya ondan öncə alınmış kreditlərə necə təsir edir? | Banco.az

Devalvasiya ondan öncə alınmış kreditlərə necə təsir edir?

Əgər kreditin alındığı valyuta ilə əsas gəlir mənbəyi eyni valyutadırsa, devalvasiya sizin ödədiyiniz kreditin ödənişinə təsir etmir. Məsələn, kreditiniz və əsas gəlirləriniz manatladırsa, bu ödənişlərinizdə heç bir dəyişiklik yaratmayacaq. 

Məsələn:

  • Məbləğ:10.000 AZN
  • Müddət :12 ay
  • Faiz dərəcəsi: 22% illik
  • Aylıq ödəniş: 935 AZN

Amma kreditiniz, xarici valyutada, məsələn dollarla götürülübsə, gəlirləriniz manatladırsa, devalvasiyanın həcminə müvafiq olaraq sizin ödənişləriniz həcmi də artır.

Məsələn:

  • Məbləğ: 10.000 USD
  • Müddət: 12 ay
  • Faiz dərəcəsi: 22% illik
  • Aylıq ödəniş: 935 USD

Əgər devalvasiyadan əvvəl aylıq ödənişiniz 935 * 0,7844= 733,414 Azn təşkil edirdisə, bu gün (25 noyabr)  935 *1,7196= 1607, 826 Azn edəcəkdir.

Devalvasiya aylıq ödəyəcəyiniz məbləğin miqdarını əhəmiyyətli şəkildə artırmış olur.

Eynilə, onu demək lazımdır ki, əgər gəlirləriniz avro və dollarladırsa, kreditləriniz isə manatla, onda vəziyyətiniz daha yaxşıdır, çünki belə halda kreditlinizi ödəmək daha rahat olacaq.

Bəs, bu halda, yəni devalvasiyadan öncə xarici valyutada götürülmüş kreditlər nə etmək olar?

  1. Əgər aylıq gəlirləriniz imkan verirsə, məzənnə artımına rəğmən kredit ödənişlərini normal həyata keçirmək.

Yəni siz baş verən itkini qəbul edirsiniz və daha çox itki olmaması, cərimələr ödəməmək və kredit tarixçənizi korlamamaq üçün ödənişləri normal qaydada davam edirsiniz.

Ən sərfəli kredit üçün müraciət et

  1. Sizin aylıq gəlirləriniz və digər xərcləriniz imkan vermir ki, siz aylıq ödənişləri yeni məzənnəyə  uyğun şəkildə həyata keçirəsiniz.

Bu halda siz Banka ödəniş günündən öncə yaxınlaşıb vəziyyəti izah etməyə çalışırsınız. Təbii ki, bu problem təkcə sizdə olmadığı üün banklar da durumdan xəbərdardır və indi əksər banklar kredit müddətini uzatmağa hazırdır.  Bu zaman sizin kredit müddətiniz uzaldılır və siz aylıq ödənişiniz həcmi azalır.

2. Bir neçə banklar 8 Mart öncəsi hətta xanım müştərilərə faiz endirimləri də etdilər ki, bu da aylıq ödənişin həcminin azalmasına təsir göstərir.

3. Mütəxəssislər isə devalvasiyanın davam edəcəyini nəzərə alaraq, ən yaxşı çıxış yolu kimi, manatla kredit götürüb, dollarla olan krediti bağlamağı və sonra manatla olan kreditin ödənişini normal qaydada davam etdirməyi tövsiyə edir. Bu zaman yaranan əsas çətinlik isə, hazırda bankların bir çoxunun manatla kredit verməkdən imtina etməsidir. Bir neçə banka müraciət edin, şanslarınızı axıra qeder yoxlayın.

Bu devalvasiya bizə nəyi öyrətdi?

  1. Müqaviləni həmişə oxumaq lazımdır.

Müqavilədə məzənnə ilə bağlı bəndin olub olmaması, kredit ödənişin hansı valyuta ilə edilməsi, məzənnənin hansı tarixə əsasən hesablanması, fors major halları, gecikdirmə olduqda cərimələrin necə hesablanması kimi hallar ən çox müzakirəyə səbəb olan mövzulardır. Müqavilələri tələsik imzalamağa son qoyun!

  1. Kredit təhlili zamanı valyuta və məzənnə risklərini də nəzərə almaq lazımdır!

Bunu artıq müştərilər deyil, bank nümayəndələri və əsasən kredit mütəxəssisləri təhlil zamanı nəzərə almalıdır. Son nəticədə müştəri ilə birbaşa təmasda olan və üz-üzə qalan onlardır. Mütəxəssisin kredit portfelindəki gecikmə, onun aylıq gəlirlərinə də təsirsiz ötüşmür.

  1. Həmişə gəlirlərinizi və risklərinizi diversifikasiya etməyi unutmayın.

Mümkün qədər çalışın ki, gəlirləriniz fərqli mənbələrdən və fərqli valyutalarda fomalaşmış olsun. Yatırımları da yaxşı bələd olduğunuz fərqli sektorlara edin ki, birində vəziyyət pisləşəndə digərində normal fəaliyyət davam etsin. Bu həmçinin əmanətlərin saxlandığı valyutaya da aiddir. 

Ən sərfəli krediti almaq üçün müraciət et