"Deutsche Bank"ın mənfəəti proqnozlardan aşağı düşüb | Banco.az

"Deutsche Bank"ın mənfəəti proqnozlardan aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Deutsche Bank” 2024-cü ildə tam illik mənfəəti üzrə gözləniləndən daha böyük azalma ilə üzləşib.

Banco.az xəbər verir ki, “Deutsche Bank” qanuni tənzimləmələr və yenidən qurma xərclərinin qlobal investisiya bankçılığı bölməsində gəlirləri azaltması nəticəsində dördüncü rübdə və 2024-cü il üçün ümumi illik mənfəətində gözləniləndən daha böyük bir azalma qeydə aldığını bildirib.

Bank cümə axşamı günü 2025-ci il üçün diqqətlə izlənilən xərclər hədəfindən imtina edərək biznesə investisiya qoymaq istədiyini açıqlayıb. İndi əvvəlki planlarda nəzərdə tutulan 62,5%-dən aşağı göstərici ilə müqayisədə, 65%-dən aşağı olan bir xərc-gəlir nisbəti hədəfləyir.

Bank dördüncü rüb üçün səhmdarlara bölüşdürülə bilən xalis mənfəətinin 106 milyon avro olduğunu açıqlayıb. Bu göstərici əvvəlki ilin eyni dövründə 1,26 milyard avro səviyyəsində idi. Analitiklərin proqnozlarına görə, ötən ilin son rübündə bankın 380 milyon avro mənfəət əldə edəcəyi gözlənilirdi.

“Deutsche Bank” 2024-cü ilin tamamı üçün 2,70 milyard avro mənfəət əldə etdiyini bildirib. 2023-cü ildə bankın illik mənfəəti 4,21 milyard avro olmuşdu. Proqnozlar isə 2024-cü ilin 3 milyard avro mənfəətlə başa çatacağı istiqamətində idi. Son aylarda qazanc əldə edən bankın səhmləri bazar öncəsi ticarətdə 3% dəyər itirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram