“Deutsche Bank” vergiqabağı mənfəətini artırıb | Banco.az

“Deutsche Bank” vergiqabağı mənfəətini artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Deutsche Bank” 10 ilin ən yüksək vergidən əvvəlki mənfəətini açıqlayıb.

Banco.az xəbər verir ki, Almaniyanın ən böyük banklarından biri olan “Deutsche Bank” 2023-cü ilin I rübü üzrə maliyyə göstəricilərini elan edib.

Bu nəticələrə görə, bank ilk rübdə əvvəlki ilin eyni rübü ilə müqayisədə əldə edilən vergidən əvvəlki mənfəətini 12 faiz artıraraq 1,9 milyard avroya çatdırmağa müvəffəq olub. Bunun əsas səbəbi isə korporativ müştəri əməliyyatlarındakı yüksək faiz dərəcələrindən əldə edilən gəlirin investisiya bankının gəlirlərindəki azalmanı kompensasiya etməsi olub.

Bununla da, bank 2013-cü ildən bəri qeydə alınan ən yüksək rüblük vergiqabağı mənfəətini açıqlayıb.

Sözügedən dövrdə səhmdarlara aid olan xalis mənfəət isə 1,06 milyard avrodan 1,16 milyard avroya yüksəlib. İqtisadçılar bu məbləğin təxminən 977 milyon avroya qədər azalacağını proqnozlaşdırmışdılar.

Ən sərfəli kredit üçün müraciət et

Bankın investisiya bankçılığı bölməsinin gəlirləri də birinci rübdə 19 faiz azalaraq 2,7 milyard avroya düşüb.

Qeyd edək ki, bank bəyanatında yaxın zamanda əməkdaşları arasında birbaşa müştərilərlə ünsiyyətdə olmayanları ixtisar edəcəyini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et