“Deutsche Bank” ABŞ-a cərimə ödəyəcək | Banco.az

“Deutsche Bank” ABŞ-a cərimə ödəyəcək

Almaniyanın “Deutsche Bank”ı 2011-2015-ci illərdə Rusiyanın qiymətli kağızlarının satışı zamanı qayda pozuntularına görə, Nyu-York ştatının bank nizamlayıcısına 425 milyon dollar həcmində cərimə ödəməyə razılaşıb. 

Bundan başqa, Britaniyanın maliyyə nizamlayıcısı FCA banka qarşı 200 milyon dollar həcmində cəriməyə dair iddia irəli sürəcək. 

Bankın ünvanına iradlara səbəb güzgü treydinqi adlanan sxem üzrə hərəkət edən müştərilərin davranışı olub. Belə ki, onlar bu sxem üzrə Rusiyadan 10 milyard dollar vəsait çıxarıblar. 

Ən sərfəli kredit üçün müraciət et

2-3 milyon dollara olan səhmlər bir dəfəyə Moskvada rublla alınaraq qısa müddətdən sonra bankın London bölməsində satılırdı. Klirinq Nyu-York operatoru tərəfindən həyata keçirilirdi, bu isə Amerika orqanlarına irad tutmaq üçün əsas verib.  

Nyu-Yorkun maliyyə nizamlayıcısı hesab edir ki, bu sxemin həyata keçirilməsi nəticəsində bank təhlükəli və yolverilməz fəaliyyət ilə məşğul olub, müvafiq olaraq ştatın qanunları pozulub. 

“Deutsche Bank” bu zaman hansı məqsədin güdüldüyü, faktiki hədəfi müəyyən edə bilmədiyini bildirib. 

©Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et