"Deustche Bank"ın baş iqtisadçısı David Folkerts-Landau, Avropa Mərkəzi Bankının qərarlarının bankların gəlirliliyini azaltdığını deyib
Avropalı bankirlərin problemlərinin səbəbkarı Avropa Mərkəzi Bankıdır.
"Deutsche Bank AG"nin Araşdırma direktoru və baş iqtisadçısı David Folkerts-Landau bildirib ki, Avropa Mərkəzi Bankının (AMB) pul siyasəti qərarları və maliyyə tənzimləmələri bankların gəlirliliyinə xələl gətirir.
Folkerts-Landauya görə, AMB-nin neqativ faiz siyasəti, investorlar və əmanət sahibləri arasında etimadı azaldıb. Avropa bankları, 2014-cü ildə mənfi faizlərin başlamasından bu yana bazar dəyərinin beşdə ikisini itirərkən, ABŞ bankları eyni miqdarda qazanıblar.
Avropada banklar işçilərin sayını azaldıb və birləşmək astanasına çatıblar.
Marja