“Dərnəgül”də baş verən yanğın taxta qiymətlərinə necə təsir edəcək? – AÇIQLAMA | Banco.az

“Dərnəgül”də baş verən yanğın taxta qiymətlərinə necə təsir edəcək? – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Xəbər verdiyimiz kimi, paytaxtın Nərimanov rayonu, Dərnəgül şosesində yerləşən “Dərnəgül” taxta bazarı kimi tanınan inşaat materialları bazarında güclü yanğın baş verib. Hadisə nəticəsində yanğın təxminən 4 min kvadratmetrə yaxın əraziyə ciddi ziyan dəyib.

Baş verən hadisənin bazarda taxta qiymətlərinə necə təsir göstərəcəyi ilə bağlı  iqtisadçı  Fuad İbrahimov Banco.az-a açıqlama verib. Ekspert bildirdi ki, bazarda çatışmazlıq yaranarsa bahalaşma müşahidə edilə bilər:

“Azərbaycana bütün taxta məhsulları  Rusiyadan gəlir. Hazırda bu məhsulların gətirilməsi ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Bazarda taxta materiallarının qıtlığı yaranarsa bunu əvəz etmək mümkün olacaqdır”.

Hadisə nəticəsində  sahibkarlara kifayət qədər ziyan dəydiyini qeyd edən iqtisadçı vurğuladı ki, təəssüf ki, məhsulların  sığortalanmaması problem yaradır:

“Əksər ticarət mərkəzlərində bu vəziyyət hökm sürür. Nəticədə, hər hansı bir hadisə baş verərsə yenə də sahibkar əziyyət çəkməli olur”.

Qeyd edək ki, Azərbaycan 2023-cü ilin əvvəlindən bəri Xantı-Mansi Muxtar Dairəsindən 14,3 kubmetr taxta-şalban idxal edib.

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə, hesabat dövründə Xantı-Mansi Muxtar Dairəsi ərazisindən 338,40 min kubmetr taxta-şalban materialları ixrac edilib ki, onların 263 min kubmetri taxta-şalban, 75,26 kubmetri isə işlənməmiş ağacdır.

2022-ci ildə Xantı-Mansiysk Muxtar Dairəsindən ağac ixracı 214,9 min kubmetr təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 29,5% azdır. Eyni zamanda, ağac ixracının ən kiçik həcmi Tacikistan, Türkmənistan, Qırğızıstan və Avropa İttifaqı ölkələrinin payına düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et