İnsanlar pullarını saxlamağın ən təhlükəsiz yolu kimi, onları banklara etibar edirlər. Təbii ki, banklar pulları müəyyən şərtlər altında qəbul edir. Yəni pulları yenidən götürmək üçün müddət limiti qoyur. Lakin bəzən insanlar təcili pula ehtiyac olduqda, əmanətlərini bankdan götürmək məcburiyyətində qalırlar. Bəs əmanətləri vaxtından tez götürdükdə nə baş verir? Bu sualı cavablandırmaq üçün Banco.az saytı olaraq araşdırma etmişik.
Aşağıda ayrı-ayrı bankların, depozitləri vaxtından əvvəl götürdükdə, verdikləri reaksiyanın ətraflı izahı qeyd olunub.
Unibank-İstənilən zaman, depozit məbləği vaxtından əvvəl götürülürsə, yerləşdirildiyi gündən 180 günədək faizlər illik 1% dərəcəsi ilə hesablanır. Depozit məbləği vaxtından əvvəl, lakin 180 gündən sonra götürülərsə, müştəriyə ödənilən faiz gəliri həmin günə hesablanan illik dərəcənin 40%-ni təşkil edən faiz dərəcəsi üzrə hesablanır.
Bank of Baku- Dinamik əmanət. Vaxtından əvvəl çıxarılan əmanətlər və ya əmanətin azaldılan hissəsi üçün, faizlər aşağıda göstərilən düstura əsasən hesablanır: Qaytarılan məbləğə və ya azaldılan hissəyə ödənilən faizlər (bundan sonra «F») yenidən aşağıdakı düstur əsasında hesablanır: F = S * (R * (N -1) / 360) * (N - 1) / T Burada işarələr aşağıdakıları bildirir: S - əmanətin azaldılan hissəsi (əgər əmanət tam çıxarılmırsa); R - Müqavilənin faiz dərəcəsi; N - Müqavilənin bağlandığı tarixdən başlayaraq azaldılma aparılan tarixədək keçən günlərin saolunub.yı; T - əmanət müddəti günlərlə.
Yapı Kredi Azərbaycan -Müddətli Əmanəti-Əmanətin vaxtından əvvəl çıxarılması zamanı əmanətə illik 0.25% hesablanır.
Expressbank -Klassik əmanət. Məbləğin vaxtından əvvəl çıxarılması: Qaytarılan məbləğə ödənilən faizlər (bundan sonra "F" ) yenidən aşağıdakı düstur üzrə hesablanacaq :
F= S*(R*(N-1) /360)*(n-1)/T
Burada işarələr aşağıdakıları bildirir:
S - əmanətin məbləği ;
R - müqavilənin faiz dərəcəsi (faizlə) ;
N-müqavilənin başlandığı tarixdən başlayaraq azaldılma aparılan tarixədək keçən günlərin sayı ;
T - Əmanət müddəti günlərlə :
Turan Bank-Xurcun əmanəti. Manat və ABŞ dollarında olan əmanətlər müddətindən əvvəl götürüldükdə (6-12 ay müddət aralığında) illik 3%;
AVRO-da olan əmanətlər müddətindən əvvəl götürüldükdə (6-12 ay müddət aralığında) illik 1.5%;
Atabank-Universal Əmanət, vaxtından əvvəl götürüldükdə:
- 3 aydan tez götürüldükdə heç bir faiz ödənilmir;
- 3-6 ay arası illik 1.5% AZN/USD və 0.5% EUR üçün hesablanır;
- 6-24 ay arası illik 3% AZN/USD və 1% EUR üçün hesablanır;
- 24-36 ay arası illik 5.5% AZN/USD üçün hesablanır;
- 36 aydan yuxarı, lakin müddətdən əvvəl götürülərsə, illik 7% AZN/USD üçün hesablanır;
Bank VTB- Uiversal əmanət. Əmanəti açdığınız gündən 3 ayadək müddətə bağlayarsınızsa, əmanət üzrə faizlər ödənilmir. Əmanət 3 aydan sonra bağlandığı halda cari müddətə hesablanmış faiz məbləğinin 50% -ni ödənilir
Bank Standard-Standard əmanət. Müqavilə vaxtından əvvəl ləğv edildikdə ödənilən faiz gəliri:
- faktiki müddəti 12 ay - 0% illik
- faktiki müddəti 12 ay və daha çox - müqavilə üzrə faiz dərəcəsinin - 2%
Dəmir Bank- Göy əmanəti. Əmanətin vaxtından əvvəl çıxarılması
Müştərinin istəyi ilə Bank əmanətin müddəti bitməmiş maksimum 5 iş günü ərzində (adətən həmin gün) əmanətçiyə əmanət məbləğinin hamısını qaytarır. Bu şərt bank və müştəri arasında bağlanan müqavilədə də öz əksini tapmışdır.
Bu halda “Göy” əmanəti üzrə hesablanmış faizlər aşağıdakı qayda ilə ödənilir:
Müqavilə şərtlərinə müvafiq olaraq, 180 gün və daha tez müddətdə götürüldükdə, hesablanmış faizlərin 80%-i cərimə olunur, 180 gündən sonra götürüldükdə, hesablanmış faizlərin 50%-i cərimə olunur
BankTechnique-Standart əmanət.Depozit vaxtından əvvəl götürüldükdə:
Müddət AZN USD AVRO
30 günədək 0% 0% 0%
6 ayadək 3% 2% 1%
9 ayadək 4% 3% 1.50%
12 ayadək və çox 5% 4% 2%
Mugan Bank- Exclusive əmanət. Müqavilə vaxtından tez pozularsa 6 aya qədər 1 % 6 aydan1 ilə qədər 2 % 1 ilədən -2 ilə dək -4 % 2 ilən çox 6 %
ParaBank-İmkanlarımız Sərhıdsizdir əmanəti. Müqaviləsinin şərtləri pozaraq əmanətçi, vaxtından əvvəl əmanətin tam və ya qismən götürərsə, əmanətə 2 faiz tarifilə yenidən hesablanır və həmin vaxtadək hesablanmış faizlər əmanətindən tutulur.
Bank Respublika-Əmanət. Əmanətçi öz əmanətini Bankdan vaxtından əvvəl də geri götürə bilər. Əmanətçi əmanəti geri istəyərsə Bank əmanətin tam məbləğini maksimum 5 iş günü ərzində əmanətçiyə qaytarır. Bu öhdəlik əmanət Banka yerləşdirilərkən imzalanan müqavilədə də əks olunur. Əmanəti vaxtından əvvəl götürdükdə əmanət üzrə hesablanmış faizlər müştəriyə əmanətin faktiki müddətindən asılı olaraq ödənilir. Əgər, əmanətin faktiki müddəti:
- 90 gün və daha azdırsa – hesablanmış faizlər ödənilmir
- 91 – 365 gündürsə – hesablanmış faizlərin 45 %-i ödənilir
- 366 gün və daha çox – hesablanmış fazilərin 75% -i ödənilir
Kapital Bank-Kapital əmanət. Vaxtından əvvəl çıxarılan əmanətlər üzrə faizlər AZN-də illik 2%, xarici valyutada illik 1%-lə ödənilir, azaldılan hissə min. 100 AZN/USD/EUR, əmanət 100 AZN/USD/EUR qalanadək azaldıla bilər. 30 təqvim günündən tez çıxarılan əmanətlərə isə faiz ödənilmir.
Bank BTB- Müddətli Depozit
Xalq Bank- Müddətli əmanət. Əmanət vaxtından əvvəl geri götürülərsə müştəri ilə müqavilə ləğv olunur və faizlər vəsaitlərin hesabda olduğu müddətə görə hesablanır:
Əmanətin valyutası |
Illik % dərəcəsi |
|||
3 aya qədər |
3-6ay |
6-9 ay |
9-12 ay |
|
AZN/USD |
faizlər hesablanmır |
1.5% |
3% |
4.5% |
Əmanətçiyə əvvəl ödənilmiş faizlər əmanətin əsas məbləğindən tutulur.