Depozitlər üzrə faizlər enir | Banco.az

Depozitlər üzrə faizlər enir

Banco.az saytı Mərkəzi Banka istinadən bildirir ki, depozitlər üzrə faiz dərəcəsi enməkdə davam edir.

Belə ki, ötən ay ilə müqayisədə milli valyutada yerləşdirilən depozitlər üzrə orta faiz dərəcəsi 8,85%-dən 8,77%-ə, xarici valyutada yerləşdirilən əmanətlər üzrə orta faiz dərəcəsi isə 9%-dən 8,91%-ə enmişdir.

Müvafiq olaraq, ötən ilin eyni dövrü ilə müqayisədə də faizlər üzrə azalma qeydə alınıb. Belə ki, ötən ilin müvafiq dövründə əmanətlər üzrə orta faizlər 9%-dən yüksək olub.

Lakin onu da qeyd edək ki. Hüquqi şəxslərin xarici valyutada yerləşdirdiyi əmanətlər üzrə faiz dərəcində artım qeydi alınıb. Faizlər 3,27-dən 4,76-ya yüksəlib. Ötən ay ilə müqayisədə hüquqi şəxslərin milli valyutadakı əmanətlər üzrə faizləri isə dəyişməz qalıb.

   

Orta faiz

Hüquqi şəxlər

Fiziki şəxslər

1-5 illik depozitlər

01.11.2013

         
 

Manatla

9,43

5,74

9,83

9,93

 

Xarici Valyuta

9,9

3,71

10,35

10,7

01.10.2014

         
 

Manatla

8,85

5,4

9,41

9,48

 

Xarici Valyuta

9

3,27

9,98

10,19

01.11.2014

         

 

Manatla

8,77

5,4

9,39

9,29

 

Xarici Valyuta

8,91

4,76

9,93

10,17

Ən sərfəli kredit üçün müraciət et