Araşdırma: Gülnar Əhmədli, Banco.az
Bankların depozit portfelinin (2025 IV rüb-2026 II rüb) dinamikasına görə renkinqini hazırladıq.
II rübdə depozit portfelini ən çox artıran bank AFB Bank (51,2%) olub. İlk yarımilin sonunda bankın depozit porfeli 2025-ci ilin sonundakı 226,4 milyon manatdan 342,3 milyon manata yüksəlib. Bank of Baku 2-ci sırada qərarlaşıb. Bankın depozit portfeli ilin əvvəli ilə müqayisədə 28,2% artıb. 30 iyun tarixinə Bank of Baku-nun depozit portfeli 740,2 milyon manatdan 948,9 milyon manata yüksəlib.
Banco.az xəbər verir ki, Ziraat Bank Azərbaycan-ın depozit portfeli 26,9% artaraq 866,6 milyon manata, Kapital Bank-ın depozitləri 20,1% artaraq 9,9 milyard manata, Bank VTB Azərbaycan-ın portfeli isə 19,6% artaraq 121,8 milyon manata yüksəlib:
.jpg)
Bizi sosial şəbəkələrdən izləyin!!
