Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.
AMB-yə istinadən xəbər verliir ki, hərracda planlaşdırıldığı kimi 100 mln. manat cəlb edilib.
Tələb isə bundan 6,2 dəfə çox – 623,35 mln. manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 10,01% təşkil edib.