Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.
AMB-yə istinadən xəbər verilir ki, hərracda 100 mln. manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 5,6 dəfə çox- 557,4 mln. manat təşkil edib.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 10,01% təşkil edib.
Mənbə: Report.az