Depozit hərracında tələb təklifə bərabər olub | Banco.az

Depozit hərracında tələb təklifə bərabər olub

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib.

Banco.az AMB-yə istinadən xəbər verir ki, hərracda 300 mln. manat cəlb edilib.

Qeyd edək ki, hərracda təklif tələbə tam cavab verib. Belə ki, hərracda tələb 300 mln. manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,17% təşkil edib.