Depozit hərracında tələb təklifdən 3,3 dəfə çox olub | Banco.az

Depozit hərracında tələb təklifdən 3,3 dəfə çox olub

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

AMB-yə istinadən xəbər verilir ki, hərracda 200 mln. manat vəsaitin cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 3,3 dəfə çox – 665,2 mln. manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil edib.

Mənbə: Report.az