Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.
Aprelin 20-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 480,3 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil edib.
Beləliklə, hərrac zamanı AMB 200 mln. manat vəsait cəlb edib.
Bizi sosial şəbəkələrdən izləyin!!