Ölkədə depozit üzrə faiz dərəcələri aşağı enib. Banco.az saytı Mərkəzi Banka istinadən bildirir ki, demək olar əksər depozit növləri üzrə faizlərdə enmə müşahidə olunub.
Milli valyutada yerləşdirilən depozitlər üzrə orta faiz dərəcəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,60% azalaraq, 8,85% təşkil edib. Xarici valyutada yerləşdirilən depozitlər üzrə faiz dərəcəsi isə 1,04% azalıb və hazırda 9,0%-ə bərabərdir.
Həmçinin hüquqi və fiziki şəxslərin əmanətləri üzrə də orta faiz dərəcələri aşağı enib.
Hazırda ölkədə 1 ildən artıq müddətə yerləşdirilən depozitlər üzrə faiz dərəcəsi milli valyutada 9,48%, əcnəbi valyutada isə 10, 19% təşkil edir. Bu isə müvafiq olaraq ötən ilki göstəricilərdən 0,46% və 0,67% daha aşağıdır.