Depozit faizləri artır ya azalır? | Banco.az

Depozit faizləri artır ya azalır?

Fevralın 21-də baş verən devalvasiya öz təsirni depozit faizlərində göstərməyə davam edir. Aydındır ki, manat axtarışında olan banklar manat depozitləri üzrə daha yüksək faiz vəd etməklə, müştəriləri cəlb etməyə çalışır. Eyni zamanda xarici valyutada olan depozitlər üzrə faizlər endirilir.

Mərkəzi Bankın rəsmi statistikasında isə vəziyyət nisbətən fərqlidir.

Belə ki, 2015-ci ilin aprel ayının yükunlarına olan rəqəmlərə əsasən, yerli valyutada depozit faizləri ilin əvəvlində 8,86%-dən, aprelin sonuna 8,81 faizə enmişdir, müvafiq olaraq xarici valyutadaki depozitlərdə eniş 9,24%-dən 8,38%-ə olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Hüquqi şəxslər üzrə manatla olan depozitlər 5,51%-dən 5,95%-ə yüksəlib. Xarici valyuta da isə 6,00%-dən 4,03%-ə enib.

Fiziki şəxslər üzrə manatla olan depozitlər 9,45%-dən 9,66%-ə yüksəlib, xarici valyutada isə 9,78%-dən 9,5%-ə enib.

Müştərilərə daha cəlb edici olan 1-ildən 5-ilə qədər depozit növləri üzrə faiz dərəcələrində, maraqlıdır ki, manatla olan depozit faizləri 9,26%-dən 8,38%-ə enib, xarici valyutada ola depozitlərdə isə müvafiq eniş 10,17%-dən 10,02-ə qeydə alınıb. 

Ən sərfəli krediti almaq üçün müraciət et