Depozit faiz dərəcələri kəskin dəyişmişdir | Banco.az

Depozit faiz dərəcələri kəskin dəyişmişdir

Banco.az saytı Mərkəzi Bankın son hesabatlarına istinadən xəbər verir ki, devalvasiyadan sonra depozitlər üzrə orta faiz dərəcələrində kəskin dəyişikliklər baş vermişdir. Belə ki, manatda cəlb edilən depozitlər üzrə faiz dərəcələrində artım,  xarici valyutada cəlb edilən depozitlər üzrə faiz dərəcələrində isə əhəmiyyətli azalma müşahidə olunur. Bunun əsas səbəbi manatın ucuzlaşması ilə əlaqədar olaraq əhalinin yeni depozitlərini xarici valyutada qoymağa, eləcə də köhnə manatda olan depozitlərini xarici valyutada olan, əsasən də ABŞ dollarında olan depozitlərlə əvəz etməyə meylli olmasıdır.

Banklar mümkün risklərin qarşısını almaq məqsədilə xarici valyutada depozitlərin həcmini azaltmaq üçün nəinki xarici valyuta üzrə faiz dərəcələrini aşağı salırlar hətta bəzi banklar manatda olan depozitlərin xarici valyutaya dəyişdirilməsi zamanı konvertasiya üzrə xidmət haqqı tuturlar.

Ən sərfəli kredit üçün müraciət et

İnsanların əsasən bir illik depozitlərə üstünlük verdiyini nəzərə alsaq, aşağıdakı cədvəldə diqqətinizə 9-12 aylıq depozitlər üzrə faiz dərəcələrindəki dəyişiklikləri çatdırırıq.