Dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 25% artıb | Banco.az

Dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 25% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi 5341,5 min ton təşkil edib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 24,8 faiz çoxdur.

Məlumata görə, yüklərin 56,9 faizini neft yükləri təşkil eedib. Dəniz limanları tərəfindən 7445,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6111,9 min tonunu və ya 82,1 faizini tranzit yüklər təşkil edib.

Cari il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 285,7 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 5,8 faiz artaraq 12,7 min nəfər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et