Dəniz nəqliyyatı ilə daşınan yüklərin 54%-dən çoxunu neft yükləri təşkil edib | Banco.az

Dəniz nəqliyyatı ilə daşınan yüklərin 54%-dən çoxunu neft yükləri təşkil edib

Dəniz nəqliyyatı ilə 2023-cü ildə daşınan yüklərin həcmi 9010,8 min ton təşkil edib və əvvəlki ilə nisbətən 19,8 faiz artıb.

Banco.az xəbər verir ki,bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə,yüklərin 54,4 faizini neft yükləri təşkil edib.Dəniz limanları tərəfindən 13375,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 11048,8 min tonunu və ya 82,6 faizini tranzit yüklər təşkil edib. 2024-cü il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 463,1 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilə nisbətən 10,7 faiz artaraq 23,7 min nəfər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram