Dəmiryoluna onlayn bilet satışı ilə bağlı - YENİLİK | Banco.az

Dəmiryoluna onlayn bilet satışı ilə bağlı - YENİLİK

Azərbaycanda qatarlara onlayn bilet satışı ilə bağlı yenilik olacaq.

Bu barədə «Azərbaycan Dəmir Yolları» QSC-nin Sərnişindaşıma Departamentinin rəisi Elyar Muradov bildirib.

Onun sözlərinə görə, hazırda onlayn bilet alınması mümkün olsa da, bileti alan sərnişin kassaya yaxınlaşıb onun kağız variantını əldə etməli olur. Yaxın vaxtlardan etibarən isə artıq kağız blankı almaq tələb olunmayacaq. Bileti alan sərnişin birbaşa qatara yönələcək: «Bu insanlar üçün daha bir komfortdur və yaxın vaxtlarda həllini tapacaq». 

Ən sərfəli kredit üçün müraciət et

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et