“Dəmirbank”ın rəhbərliyində dəyişiklik olacaq | Banco.az

“Dəmirbank”ın rəhbərliyində dəyişiklik olacaq

İyunun 30-da, saat 17:00-da “Dəmirbank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Bankın əsas binasının yerləşdiyi Bakı şəhəri, Qarabağ küçəsi, 31 ünvanında olacaq. Yığıncağın gündəliyinə 2016-cı ilin maliyyə nəticələrinin təsdiq edilməsi, kredit təşkilatının Müşahidə Şurasının və Audit Komitəsinin tərkibinə dəyişiklik olunması məsələləri daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Dəmirbank” 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-cu ildə rebrendinq aparılıb. Onun nizamnamə kapitalı 21 mln. manatdır. Bankın səhmlərinin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i 16 hüquqi şəxsə, 19,72%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,33%-i isə digər 810 fiziki şəxsə məxsusdur.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et