"Dəmirbank"ın qorunmayan əmanətləri üzrə ödənişlərə başlanılacaq | Banco.az

"Dəmirbank"ın qorunmayan əmanətləri üzrə ödənişlərə başlanılacaq

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF – Azerbaijan Deposit Insurance Fund) bu ilin I rübü ərzində "Dəmirbank" ASC-nin qorunmayan əmanətləri üzrə ödənişlərə başlayacaq.

Bu barədə ləğv prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin növbəti iclasında çıxış edən Komitə sədrinin müavini, ADIF-in icraçı direktorun vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev deyib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, artıq Fond qorunan əmanətlər üzrə reqresi tam bağlayıb və qısa müddətdə ləğv olunmuş bankın qorunmayan əmanətçilərinə kompensasiya ödənişlərinə başlanılacaq.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et