“DəmirBank”dan 3 milyon dollar oğurlanıb. Bank mənbələrindən əldə edilən məlumatlara görə, bu həcmdə vəsait ayrı-ayrı hesablardan yoxa çıxıb.
Belə ki, bank hesablarını araşdırarkən külli miqdarda vəsaitin müəmmalı şəkildə silindiyi aşkarlanıb. Dərhal araşdırmalara başlanılıb və məlum olub ki, vəsaitlər xakkerlər tərəfindən oğurlanıb. Hazırda bununla bağlı bankda araşdırmalar aparılır.
Faktla bağlı “DəmirBank”ın Marketinq direktoru Anar Bayramovla əlaqə saxlanılıb. O, bununla bağlı informasiyaya malik olmadığını bildirib.
©Fins.az