Banco.az-a verilən eksklyuziv məlumata görə bu gün DəmirBank-a İdarə Heyətinə Sədr təyinatı olunmuşdur. Yeni sədr Fərid Abuşovdur. Bu zamana qədər Fərid Abuşov İdarə Heyətinin Sədrinin 1-ci müavini vəzifəsində çalışmışdır. Yaxın günlərdə bank bu barədə rəsmi məlumatın veriləcəyi gözlənilir. Qeyd edək ki, bu günə qədər Bankın İdarə Heyətinin Sədri vəzifəsini Roman Əmircanov icra edirdi.