DəmirBank ASC Təhlükəsizlik xidmətinin rəisi vəzifəsinə işəqəbul elan edir.
İşin təsviri:
- Bankın mülkiyyətində və istifadəsində olan ofislərinin, daşınar və daşınmaz əmlakın, habelə əməkdaşlarının mühafizəsinin təşkil edilməsi;
- Bankın ofislərinin müvafiq yanğın-mühafizə siqnalizasiya vasitələri ilə təchiz olunmasının təşkilinə və siqnalizasiya sistemlərin işlək vəziyyətdə olmasına nəzarət edilməsi;
- Nağd pulların və digər qiymətlilərin daşınması və saxlanılması təhlükəsizliyinin təşkil edilməsi;
- Bankda yüksək riskli zonaların təhlükəsizliyinin təmin olunmasının, xüsusi nəzarətdə saxlanılmasının həyata keçirilməsi;
- Bankın obyektlərinin mühafizəsini həyata keçirilməsi, obyektlərdə siqnalizasiya vasitələrini quraşdıran və onlara texniki xidmət göstərən orqanlarla və xidmətlərlə əlaqənin saxlanılması və mühafizə sistemində yaranan hər-hansı qüsurun aradan qaldırılması;
- Bankın obyeklərinin mühafizəsini həyata keçirmək məqsədi ilə təhlükəsizlik işçilərinin təlimatlarının hazırlanması və icrasının həyata keçirilməsi;
- Bankda buraxılış sistemini təşkilinə və ona riayət olunmasına nəzarət edilməsi;
- Bankın filial və şöbələrindən kənar nöqtələrdə quraşdırılmış bankomatların nağd pullarla yüklənməsi və inkassasiya olunmasında təhlükəsizliyin təmin edilməsi;
- Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərinin təmin edilməsi;
- Bank barəsində qeyri-səlis məlumatların yayılması nəticəsində mənəvi zərər dəyməsinin qarşısının alınması üzrə tədbirlər görülməsi;
- Təhlükəsizlik qaydaları haqqında mütəmadi olaraq təlim planının hazırlanılması, bütün işçilərə təlimin keçirilməsi;
- Bank sirri və kommersiya sirri təşkil edən sənədlərin hərəkətini nəzarətdə saxlanılması;
- Bankda baş verən hər hansı bir insidentin baş verdiyi təqdirdə bankdaxili qaydalara əsasən daxili araşdırmanın aparılması;
- Bankda konfidensial məlumatların yayılmasının qarşısının alınması üçün tədbirlər görülməsi;
- Bankın elektron ödəniş sistemlərində dələduzluq faktları barədə araşdırma aparılması;
- Bankın idarəetmə orqanları tərəfindən qarşıya qoyulmuş digər vəzifələrin yerinə yetirilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Təhlükəsizlik sahəsində minimum 3 il rəhbər vəzifəsində iş təcrübəsinin olması;
- Bank təhlükəsizliyi sahəsində təcrübə mütləqdir;
- Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli (İngilis dilini bilənlərə üstünlük verilir);
- Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
- Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
- İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
- Məxfilik, diqqət, analiz etmək, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarının olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 2 oktyabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Təhlükəsizlik xidmətinin rəisi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.