DəmirBankda işləmək istəyənlər üçün bir neçə tövsiyyə! | Banco.az

DəmirBankda işləmək istəyənlər üçün bir neçə tövsiyyə!

DəmirBank ASC – Etibarlı Karyera Təminatçınız!

Tanınmış və öncül təşkilatlar insan resurslarının idarə edilməsini qısa vaxt çərçivəsində vakansiyaların bağlanılması məsələsi kimi deyil, strateji dəyişikliklərin və inkişafın açarı, təşkilatda sağlam mühitin yaradılması, korporativ mədəniyyətin möhkəmləndirilməsi üçün idarəetmə sistemi kimi qiymətləndirirlər. Bu formada insan resurslarına dəyər verən və əməkdaşların inkişafını əsas hədəfinə çevirən təşkilatlardan biri də DəmirBank ASC-dir. 25 ildən artıq tarixə və zəngin təcrübəyə malik olan DəmirBank yüksək ixtisaslı işçilərin cəlb edilməsi, seçilməsi, bankın müxtəlif strukturlarında yerləşdirilməsi, onların əməyinin qiymətləndirilməsi, heyətin qarşılıqlı münasibətlərinin səmərəli və nəticəyönümlü təşkil edilməsi, bazara adekvat əməyin ödənilməsi, stimullaşdırma strategiyasının həyata keçirilməsi, münaqişə situasiyalarının idarə edilməsi və s. kimi vacib məsələlərə həssas yanaşaraq heyətin problemlərini həll etməyi və onların inkişafı naminə uğurlu addımlar atmağı özünə əsas hədəf götürüb.

DəmirBankın İnsan Resursları Departamentinin direktoru İlkin Zeynallı ilə müsahibədə onun bankın insan resurslarına dair siyasəti, heyətin idarə edilməsi, işçilərin karyera inkişafı və digər bu sahədə suallarımıza ətraflı cavabları Sizlərə təqdim edirik.

DəmirBankın insan resurslarının idarə edilməsinə dair yanaşması və siyasəti nədən ibarətdir?

Bankımızda insan resurslarının peşəkar idarə edilməsi onun ümumi biznes fəlsəfəsinin əsasını təşkil edir. Belə ki, insan resursları Bankımızın bütün uğurlarının əsası və onun ən dəyərli aktivi hesab edilir.

Bankın heyətə yönəlik siyasəti bütün əməkdaşlarımızın xeyrinə, onlara dəyər verməklə və gözləntilərini qarşılamaqla uğurlu fəaliyyətimizi davam etdirmək, yenilikçi, məhsuldar, özünü inkişaf etdirən, dəyişikliklərə hazır olan, davamlı uğur instinkti olan və komanda ruhunda çalışan əməkdaşlarımız üçün yalnız daha yaxşılarını hədəfləmək və daim onların dəstəyində olmaqdan ibarətdir. Bu siyasəti əsas tutmaqla biz işçilərin təşəbbüskarlıq, yaradıcılıq, komandada işləmək bacarığı, öz üzərində daim çalışmaq kimi keyfiyyətlərinə qiymət verir, həmin keyfiyyətlərin inkişaf etdirilməsində onlara dəstək verir, inkişafa dair ehtiyaclarını öyrənir, ehtiyaclarını qarşılamaq məqsədilə bilik və bacarıqlarını artırmalarına qayğı göstərir, peşəkarlıq səviyyələrinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır, uzunmüddətli karyera yüksəlişi planları hazırlayır, bank daxilində uğurlu karyera qazanmaq imkanları yaradır, mütəmadi daxili və xarici seminar və təlim kurslarında iştiraklarını təmin edirik. DəmirBankın insan resursları siyasəti, Bankın strateji hədəflərinə çatması üçün onun korporativ dəyərlərini qəbul edən, peşəkar bir komanda yaradaraq ruh yüksəkliyi ilə çalışan bir kollektivin fəaliyyətinin dəstəklənməsinə yönəlmişdir. Bu sistem ədalətlilik prinsipi əsasında qurularaq, tərəflərin maraqları gözlənilməklə insan resurslarını Bankın strateji hədəflərinə çatmağa  stimullaşdırır. Bankın imici ilk növbədə heyətdən, o cümlədən menecmentdən, onun peşəkarlığı və işə münasibətindən asılıdır. Buna görə də əməkdaşlarımızın peşəkar və şəxsi keyfiyyətlərinə, onların inkişafına, həmçinin korporativ mədəniyyət və idarəetmə normalarına riayət edilməsinə xüsusi diqqət yetiririk. Biz inanırıq ki, yüksək ixtisaslı peşəkarlardan ibarət olan heyətimiz Bankın qarşısında duran bütün biznes hədəflərinə çatmağa qadirdir.

DəmirBankın işəqəbul siyasətinin hədəfi nədir və namizədlərin seçimi hansı prinsiplər əsasında həyata keçirilir?

Bankımızın işəqəbul siyasəti şəffaflıq və obyektivlik prinsipinə əsaslanan bir siyasətdir. Belə ki, bu siyasəti əsas tutmaqla biz, DəmirBank ailəsinə yeni daxil olan işçilərin təşəbbüskarlıq, yaradıcılıq, komandada işləmək bacarığı, öz üzərində daim çalışmaq kimi keyfiyyətlərinə qiymət verir, həmin keyfiyyətlərin inkişaf etdirilməsində onlara yardımçı olur, inkişafa dair ehtiyaclarını öyrənir, həmin ehtiyacları qarşılamaq məqsədilə təhsillərini artırmalarına qayğı göstərir, peşəkarlıq səviyyələrinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparırıq. Namizədlərin seçimi üzrə əsas strategiyamız ölkəmizdə və xaricdə mövcud olan istedadlı, əzmkar, savadlı gənclərimizi və peşəkar mütəxəssisləri DəmirBank ailəsində birləşdirməkdir. Bizim üçün işçi heyəti müəyyən edilmiş müddətdə çalışanlar deyil, öz iradəsi ilə ümumi məqsəd üçün xidmət göstərənlərdir.

Ən sərfəli kredit üçün müraciət et

Bankda işçilərin iş fəaliyyətinin qiymətləndirilməsinə dair yanaşma necədir və Bankın mükafatlandırma siyasətinin hədəfi nədən ibarətdir?

Bankın yanaşmasına əsasən iş fəaliyyətinin qiymətləndirilməsi proqramları insan resurlarının idarə olunmasının mühüm tərkib hissəsini təşkil edir. Çünki, bu proses həm fərdi işçi səviyyəsində, həm də bütövlükdə Bank miqyasında fəaliyyəti təkmilləşdirmək üçün əhəmiyyətli imkanlar yaradır. Bank üçün iş fəaliyyətinin qiymətləndirilməsi, hər işçini gördüyü işə görə qiymətləndirmənin ən əsas yoludur və eyni zamanda bu proses əməkdaşın gələcək inkişafı üçün lazım olan təlimlərin müəyyən olunması və karyera inkişafının müzakirəsi üçün əhəmiyyətli bir imkan yaradır. Bankımızda beynəlxalq təcrübəyə əsaslanan “İş Fəaliyyətinin İdarə Edilməsi” sisteminin əsası qoyulmuş, bununla da Bankın ümümi biznes hədəflərinin fərdi işçi hədəflərinə endirilməsini təmin edən bir sistem yaradılmışdır.

İşçi heyətinin qiymətləndirilməsi üzrə tədbirlər departamentin “Mükafatlar və motivasiya tədbirlər şöbəsi” tərəfindən maddi və qeyri-maddi motivasiya istiqamətində aparılaraq əməkdaşlarımızın banka bağlılığının artırılmasına və hər bir əməkdaşa fərdi yanaşaraq onların ehtiyaclarının qarşılanmasına istiqamətlənmişdir. Bu istiqamətlər əsasında bankda kompensasiya və mükafatlar proqramı tətbiq edilir, əməkdaşlara sığorta təminatı, xüsusi kredit güzəştləri, vəzifə icrasının göstəricilərinə əsasən əmək haqqıdan əlavə bonus ödənişlərini həyata keçirilir.

Bankın maddi mükafatlandırma üzrə strategiyası onun məvacib strukturunda əks etdirilmişdir ki, o da öz növbəsində bir neçə dərəcədən və hər bir dərəcəyə təyin edilmiş əmək haqqı hədlərindən ibarətdir. Bu sistemin əsas hədəfi məvacib səviyyələrinin daxildə obyektiv, xaricdə isə rəqabətli olmasını təmin edən əmək haqqı strukturlarını inkişaf etdirmək məqsədi ilə sistematik üsullar tətbiq edilməsindən ibarət olmuşdur.

Komandanın təlimi və inkişafı sahəsində əməkdaşlara hansı faydalar verilir?

DəmirBank hər bir əməkdaşına uzunmüddətli və proqressiv karyera imkanları ilə yanaşı bankdaxili, ölkədaxili və xarici təlimlərdə iştirak, beynəlxalq ixtisaslaşma dərəcələrinin əldə edilməsi, eləcə də akademik təhsillərinin artırılması üçün şərait yaradır. Bu cür faydaları əməkdaşlarımıza tətbiq etməklə onların dünya görüşü, öz güvəni, bilik və işi peşəkar icra etmə səviyyəsini artıraraq iş və karyera tələblərini ödəməklə onların məmnuniyyətini əsas hədəfimiz hesab edirik. Həmçinin uzunmüddətli karyera yüksəlişi planları hazırlayaraq, bank daxilində uğurlu karyera qazanmaq imkanları yaradırıq. Bir sözlə, biz əməkdaşlarımıza sadəcə maraqlı və gəlirli iş yeri deyil, peşəkar inkişaf və karyera irəliləyişi imkanı qazandırırıq.

Son olaraq DəmirBank kollektivinə qoşulmaq istəyən namizədlərə nəyi tövsiyə edərdiniz?

Biz DəmirBank ailəsi olaraq potensial namizədlərə də Bankın mehriban kollektivinə və dinamik korporativ həyatına qoşulmağı təklif  edirik. Korporativ ailəmizin bir üzvü olmaq istəyən hər bir şəxsə cari vakansiyalarımız haqqında məlumat almaq üçün bankımızın www.demirbank.az internet səhifəsinin müvafiq bölməsində və kütləvi informasiya vasitələrində verilən iş elanlarını izləməyi və uyğun vakansiyalar üzrə müraciət etməyi tövsiyə edirik.