Dəmirbanka yeni departament direktoru təyin edilib | Banco.az

Dəmirbanka yeni departament direktoru təyin edilib

“Dəmirbank” ASC-də yeni təyinat olub. Bankın Pərakəndə bankçılıq Departamentinə yeni direktor təyin edilib.

Məlumata görə, adıçəkilən departamentin yeni direktoru Nuru Xəlilov olub.

Qeyd edək ki, N.Xəlilov bundan öncə “Unibank” ASC-nin 10 saylı filialının müdiri olub.

Xatırladaq ki, "Dəmirbank" ASC 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-ci ildə rebrendinq aparılıb. Bankın nizamnamə kapitalı 21 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,20 manat olan 105 mln. səhm əsasında formalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Səhmlərin 25%-i Avropa Yenidənqurma və İnkişf Bankına (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i digər hüquqi şəxslərə, 19,61%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,44%-i isə digər 858 fiziki şəxsə məxsusdur.

Mənbə : Report.az