DəmirBank rəqəmlərdə | Banco.az

DəmirBank rəqəmlərdə

25 ildir ki sizlərlə olan DəmirBank, 2015-ci ilin 1-ci rübünə olan göstəriciləri açıqladı.

Banco.az  bankın rəsmi saytına istinadən xəbər verir.

 

Bankın aktivləri keçən ilin ilk rübüylə müqayisədə 17,4% artaraq 480 milyon 166 300 manata çatmışdır.

Devalvasiyanın hökm sürdüyü bir dövrdə bankın depozitlərinin məbləği 6,74% artıb və bununla da 208 milyon 301 920 manat təşkil edib.

DəmirBankBalans hesabatı (2014-2015) | Create infographics

Ən sərfəli kredit üçün müraciət et

DəmirBankın cari ilin birinci rübündə faiz gəlirlərində 21,96 % artım, xərclərində isə 18,06 % azalma müşahidə olunur. 

DəmirBank Mənfəət və zərər (2014-2015) | Create infographics

Son nəticə olaraq isə, DəmirBank bu rübün yekununu  5 milyon 918 850 manat mənfəətlə başa vurub.  

Müəllif: Fidan Maqbet qızı