DəmirBank ASC Kreditin Təhlili Departamentində Kredit Öhdəliklərinin Monitorinqi şöbəsinə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.
İşin təsviri:
Monitorinq işinin təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsi və qeyd olunmuş işlə əlaqədar yaranacaq digər işlərin görülməsi;
Orta və İri kreditlər üzrə bankın yarımillik və illik monitorinq planını tərtib edərək şöbə müdiri ilə razılaşdırdıqdan sonra filiallara mütəmadi olaraq çatdırılmasının təmin edilməsi;
Tərtib edilmiş plana əsasən ona təhkim olunmuş OİK müştərilərinin səyyar və ya məsafəli monitorinqlərinin həyata keçirilməsi, keçirilən monitorinqlər üzrə hesabatın tərtib edilməsi üçün tələb olunan məlumatların müştərilərdən toplanması, toplanmış məlumatlar əsasında monitorinq hesabatının tərtib edilməsi;
Onun tərəfindən keçirilmiş monitorinq hesabatlarında borcalanın maliyyə və digər durumlarını əks etdirən şərhlərinin qeyd edilməsi, tarixi maliyyə və digər əldə olunan məlumatlar üzrə müqayisələr aparılması, borcalanın vəziyyətinə dair yekun məlumatları şöbə və departament direktorunun diqqətinə çatdırılması;
Keçirilmiş monitorinq hesabatının nəticlərinə uyğun olaraq borcalanların yeni reytinqlərini tərtib edərək və müvafiq hesabata daxil edərək izlənməsinin təmin edilməsi;
Daxil olmuş monitorinqlərə dair müvafiq hesabat formasına keçirilmiş monitorinqlərin yekunlarının daxil edilməsi;
Şöbədə işləyən anderrayterlərin işinə şöbə müdiri olmadıqda nəzarətin həyata keçirilməsi;
Mütəmadi olaraq monitorinq işinin təkmilləşdirilməsi məqsədi ilə təlimlərin təşkil edilməsi ilə bağlı aidiyyatı materialların hazırlanması;
Monitorinq işinin təşkili istiqamətində çatışmamazlıqların aşkar edərək təkliflərini verilməsi.
Namizədə qarşı tələblər:
İqtisadiyyat, maliyyə sahəsi üzrə ali təhsil;
Maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqlarına sahib olmaq;
Biznes kreditləri sahəsində minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, Rus və İngilis dillərini bilənlərə üstünkük verilir;
Stres altında işləmə qabiliyyəti, müştərilərlə lazımı ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyətinə sahib olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 dekabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kreditin Təhlili Departamentinə mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs