Bank sektorunda 25 illik təcrübəyə malik olan DəmirBank 2009-cu ilə qədər Azərdəmiryolbank adı altında fəaliyyət göstərmişdir. Müxtəlif çeşiddə bank xidmətləri təklif edən bank 33 filial şəbəkəsinə malikdir ki, bunlardan da 20-i regionların payına düşür.
DəmirBank Keyfiyyətli və sürətli xidmət çərçivəsində pul köçürmələrini həyata keçirmək üçün Azərbaycan, ABŞ, Almaniya, Avstriya, Böyük Britaniya, Yaponiya, Türkiyə və Rusiyanın bir sıra banklarında müxbir hesablara malikdir. Bank həmçinin Western Union, Coinstar, Lider, Contact, Blizko, UPT və Forsaj kimi beynəlxalq təcili pul köçürmə sistemlərinə qoşulubdur. Bununla yanaşı, bankın özünün “Şimşək” adlı pul köçürmə sistemi vardır.
Bank 2009-cu ildə “Ugurlu Rebrendinq” nominasiya üzrə Uğur 2009, 2010-cu ildə isə “Azərbaycanda ən yaxşı korporativ sayt” nominasiyasında NETTY mükafatına layiq görülüb.
Bankın səhmdarları sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) kimi nüfuzlu beynəlxalq təşkilatlar da vardır ki, onlar ümumilikdə “35%+1 səhm” həcmdə səhm paketinə sahibdirlər.
Bank Azərbaycanda beynəlxalq reytinq almış ilk özəl bankdır. Belə ki, bank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir ki, bu da bankın beynəlxalq miqyasda fəaliyyətinin daha da genişlənməsində mühüm təsir göstərən amil olmuşdur.
Bank maliyyə fəaliyyətinin auditi 2006-2010-cu illərdə PricewaterhouseCoopers, 2010-2013-cu illərdə isə Deloitte & Touche kimi böyük dördlüyə daxil olan audit şirkətləri tərəfindən həyata keçirilmişdir.
DəmirBank-ın xalis mənfəəti 2013-cü ilin II rübü (1,4 mln) ilə müqayisədə cari ilin II rübündə (3,3 mln) 2,4 dəfə artmışdır.
DəmirBank-ın depozit portfeli
2014-cü ilin II rübündə də bank aktivlərində artım davam etmişdir və bu göstərici 2013-cü illə müqayisədə 3.6% olmuşdur.