DəmirBank-dan VIP iş təklifi | Banco.az

DəmirBank-dan VIP iş təklifi

Arzuladığınız iş mühitini DəmirBank-da mövcud olan cari vakansiyaya müraciət etməklə tapa bilərsiniz.

DəmirBank-ın VIP şöbəsinə əməliyyatçı-xəzinədar vəzifəsi üçün etdiyi iş elanını Banco.az portalı olaraq, diqqətinizə çatdırırıq:

İşin təsviri:

  • Fiziki şəxs olan VIP müştərilərə bank məhsul və xidmətlərinin təqdim etmək;
  • Sürətli pul köçürmələri üzrə əməliyyatların rəsmiləşdirilməsi, əməliyyatların beynəlxalq ödəniş sistemində icra olunması, iş gününün sonunda ödəniş sistemi üzrə əməliyyat günü üzrə yekun hesabatları hazırlamaq;
  • Əmanət kitabçasında yazılışları aparmaq;
  • Hesablarında olan vəsaitin konvertasiya edilməsi üçün VIP müştərilərdən sifarişləri qəbul etmək, yoxlamaq və icra etmək;
  • VIP müştərilərə məlumat və məsləhət vermək, onlara bank məhsul və xidmətlərini reklam etmək;
  • Müəyyən olunmuş limit çərçivəsində kassa məxaric sənədlərini imzalamaq, məxaricə icazə vermək;
  • VIP müştəri hesabında olan vəsaiti konvertasiya etmək, müştəri tərəfindən tərtib olunan  sərəncamların, inkasso tapşırıqlarının qəbulu, onların uçotu, balansdankənar hesablarda uçota alınması və vaxtında icrasını həyata keçirmək;
  • VIP müştərilərə bank hesablarının açılmasını həyata keçirmək;
  • Kredit və əmanət əməliyyatlarının tam sənədləşməsini həyata keçirmək;
  • Sərəncamların, inkasso tapşırıqlarının qəbuluna, onların uçotu, balansdankənar hesablarda uçota alınmasına və vaxtında icrasına nəzarət etmək.

Namizədə qarşı tələblər:

Ən sərfəli kredit üçün müraciət et

  • Ali iqtisadi və ya riyazi təhsil;
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli, digər xarici dillər arzuolunandır;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, məxfilik və etibarlılıq kimi mütləq göstəricilərə malik olmalı;
  • Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
  • Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
  • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmaq;
  • Əməliyyatların icra edilməsində yüksək operativliyə sahib olmaq;
  • Müştərilərin bütün suallarının cavablandırılması üçün kifayət qədər nəzəri və praktiki biliklərə sahib olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 13 oktyabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyatçı-xəzinədar) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et